Zərf mövzusunun tədrisi
Açar sözlər: XXI əsr, təhsilə müasir yanaşma, fəal
təlim
Görkəmli Amerika pedaqoqu
Fillip Şlexti özünün «XXI əsrin məktəbi. Təhsil islahatının prioritetləri” əsərində
yazır ki, o, sahibkarlarla, iş adamları
və məktəb funksionerləri ilə çoxsaylı sorğular aparmış və onlardan belə
bir suala cavab istəməşdir:
-
Siz məktəbdən nə istəyirsiniz?
Cavab isə belə olmuşdur:
-
Bizə elə insanlar lazımdır ki, onlar müstəqil, sərbəst öyrənməyi
bacarsınlar.
Müəllif bununla demək istəyir ki, əgər şagird müstəqil öyrənməyi, məqsədinə
çatmaq üçün yollar tapmağı, bu və ya digər problemləri həll etməyi və problemin
həlli üçün müxtəlif informasiya mənbələrindən istifadə etməyi bacarırsa, onda
peşəkarlıq səviyyəsini yüksəltmək onun üçün çox asan olacaq.
Aparılmış təcrübələrin nəticəsi
kimi belə bir fikir formalaşmışdır ki, təhsil sisteminin inkişaf istiqamətlərinin
baş strategiyası şagird şəxsiyyətinin pedaqoqun, psixoloqun diqqət mərkəzində
durmasından ibarətdir.
Elə bu səbəbdən də inkişaf
efmiş olkələrdə şagird-dərslik-müəllim sistemi qurulmuşdur.
Hal-hazırda bu üsul bizim ölkəmizdə
də uğurla tətbiq olunur. Müəllim hazırlığı, yeni dərslik komplektlərinin nəşri
və s. məhz buna xidmət edir. Bu işdə təcrübə mübadiləsi də çox faydalıdır. Bu səbəbdən
də mən müəllimlərimizə bir dərs nümunəsi təqdim edirəm.
Əvvəlcə təhsilə müasir
yanaşmanı ənənəvi yanaşmadan fərqləndirən bir cədvəl təqdim etmək istərdim:
TƏHSİL
YANAŞMALARI
|
|
ƏNƏNƏVI YANAŞMA
|
MÜASİR YANAŞMA
|
1. Programın tələblərinə yönəlib
|
1. Şagirdlin tələblərinə yönəlib
|
2. Müəllimə yönəlib
|
2.Şagirdə
yönəlib
|
3. Fənnin məqsədlərinə yönəlib
|
3. Təlim nəticələrinə yönəlib
|
4. Biliklərə yönəlib
|
4. Kompetensiyalara yönəlib
|
Düşünürəm ki, kompetensiya ifadəsinə aydınlıq
gətirilsə, yerinə düşər.
1.Hər hansı bir fəaliyyə ti həyata
keçirmək üçün vacib olan və praktikada səmərəli
tətbiq edilən biliklər + bacarıqlar + vərdişlər
+ dəyərlər + keyfiyyətlər =kompetensiyalar adlanır.
Əsas kompetensiyalar
|
Metakompetensiyalar
|
Ana dilində ünsiyyət kompetensiyası
|
tənqidi
təfəkkür,
yaradıcı
yanaşma,
təşəbbüskarlıq,
problemlərin
həlli,
riskin
qiymətləndirilməsi,
qərarların
qəbul edilməsi,
hisslərin
konstruktiv idarə edilməsi
|
Xarici dillərdə ünsiyyət kompetensiyası
|
|
Kompüter savadı kompetensiyası
|
|
Müstəqil öyrənmə
kompetensiyaları
|
|
Sosial və vətəndaşlıq
kompetensiyaları
|
|
Yenilik və sahibkarlıq kompetensiyası
|
|
Məlumatlılıq və mədəni
sahədə özünü ifadə etmək kompetensiyası
|
*Z.Veysova: “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn
kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim”kursu üzrə təlimçilər üçün
vəsait.
Bakı-2012
Standart: 1.2.2; 1.2.4; 3.1.4; 4.1.2.
Məqsəd: fikir və mülahizələrini əsaslandırır;
müxtəlif əməli
yazılar (esse) yazır;
ümumi qrammatik mənasına görə sözləri fərqləndirir
Mövzu: Zərf
Inteqasiya: fənlərarası:
ədəbiyyat, ingilis dili
fəndaxili:
sifət
Dərsin
tipi: deduktiv
İş formasi:
Böyük qruplarla iş
Üsul və
vasitələr: Beyin həmləsi, akvarium, işgüzar səs-küy
Resurslar :
VII sinfin Azərbaycan dili dərsliyi, Arzu Yaşar: İngilis dili, iş vərəqləri, kompyuter,
proyektor ,www coogle.com
Dərsin mərhələləri:
Motivasiya,
problemin qoyuluşu
Müxtəlif kinofilmlərdən fotoşəkillər təqdim
olunur.Şagirdlərdən bu fotoşəkillər haqqında nə düşündükləri soruşulur.
Yönəldici
suallar:
-Qəzəblə,məhəbbətlə,
təbəssümlə,vüqarla ifadələri hansı nitq hissələridir?
-Sizcə, zərfin dilimizdəki əhəmiyyəti nədən
ibarətdir?
Tədqiqat sualı: Azərbaycan dilində zərfin səciyyəvi
xüsusiyyətləri nədən ibarətdir?
Tədqiqatın aparılması:
Şagirdlər iki qrupa bölünür: Daxili dairə,
xarici dairə(İş üsulu kimi Akvarium seçilir
Bu üsulun məqsədi
diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda
keçirilə bilər.
“Akvarium”un keçirilməsinin 1-ci variantı:
Şagirdlərin köməyi ilə
diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin
sözünü kəsməmək və.s) müəyyən edilir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin
daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir.
Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara
uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu
üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya
dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir
və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam
etdirirlər.
“Akvarium” un keçirilməsinin 2-ci variantı:
“Daxili dairənin”
iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu
zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə
stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini
hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və
daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki
iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Daxili dairənin iş vərəqləri:
I İş vərəqi və II İş vərəqi
III İş vərəqi
Verillmiş mətni Zərf mövzusu ilə əlaqələndirin.
Şagirdlərə
Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinin mətni təqdim olunur.
Cavabların müzakirəsindən və bu mərhələnin
qiymətləndirməsindən sonra qruplar yerlərini dəyişir.
Xarici dairənin iş
vərəqləri:
II İş vərəqi:
III İş vərəqi.
Nəticə
Azərvaycan dilində zərf əsasən hərəkətdən əvvəl
gəlir və onu müxtəlif cəhətdən izah edir.Zərfin aşağıdakı məna növləri var: tərzi
hərəkət , zaman, yer və miqdar zərfləri. Sifətdən və ingilis dilindəki zərfdən
fərqli olaraq, bizim dilimizdə bu nitq hissəsi
dərəcə koteqoriyasına malık deyil. Bizim dilimizdə sözlər şəkilçi qəbul edərkən kökün hərf və ya səs tərkibndə dəyişiklik əsasən baş vermir.
Azərbaycan dilində köklə yeni yaranmış söz məna bağlılığına malik
olmalıdır.
Cavabların
müzakirəsindən sonra həm müəllim, həm də
şagirdlər qiymətləndirməni yekunlaşdırır.
Ev tapşırığı: “ Novruz bayramı” mövzusunda zərflərlə
zəngin esse yazmaq

Hiç yorum yok:
Yorum Gönder