22 Mart 2020 Pazar
21 Mart 2020 Cumartesi
24 Ekim 2016 Pazartesi
Qlobal dünyanın tələbatına uyğun olaraq Azərbaycanda
hafizə məktəbinin təfəkkür məktəbinə çevrildiyi indiki şəraitdə yeni fənn
kurikulumlarının orijinallığının reallığa çevrilməsi vacib hesab edilir. Eyni
zamanda bu kurikulumların şəxsiyyətyönümlü təhsil tendensiyalarına uyğun sənəd
kimi araşdırılması, öyrənilməsi tələb olunur.Dərs vəsaitində bu tələbin ödənilməsinə
çalışılmışdır.Vəsait iki bölmədən ibarətdir. Kitabda təhsillə
bağlı dövlət siyasəti, Təhsil İslahatının başlıca istiqamətləri, Miili və Fənn
Kurikulumunun mahiyyəti, yeni təlim texnologiyalarının xüsusiyyətləri və tətbiqi
yolları əhatə olunur. Kitab mənimsənilmiş nəzəri biliklərin tətbiqi ilə bağlı zəruri
bacarıqların yaradılmasına da geniş imkan yaradır.
Dərs vəsaiti BDU-nun fəaliyyətdə olan tədris
proqramı əsasında tərtib olunmuşdur. Burada Azərbaycan təhsilində Kurikulum İslahatı
ilə əlqədar bütün məsələlər öz əksini tapmışdır. Kitabda müəllimləri və tələbələri
məntiqi düşünməyə çəkən maraqlı tapşırıqlar, suallar və dərs nümunələri
verilmişdir. Dərs vəsaiti ali və orta ixtisas məktəblərinin müəllimləri və tələbələri
üçün nəzərdə tutulmuşdur. Kitab kütləvi
oxucular üçün də faydalı ola bilər.
Qlobal dünyanın tələbatına uyğun olaraq Azərbaycanda hafizə məktəbinin təfəkkür məktəbinə çevrildiyi indiki şəraitdə yeni fənn kurikulumlarının orijinallığının reallığa çevrilməsi vacib hesab edilir. Eyni zamanda bu kurikulumların şəxsiyyətyönümlü təhsil tendensiyalarına uyğun sənəd kimi araşdırılması, öyrənilməsi tələb olunur.Dərs vəsaitində bu tələbin ödənilməsinə çalışılmışdır.Vəsait iki bölmədən ibarətdir. Kitabda təhsillə bağlı dövlət siyasəti, Təhsil İslahatının başlıca istiqamətləri, Miili və Fənn Kurikulumunun mahiyyəti, yeni təlim texnologiyalarının xüsusiyyətləri və tətbiqi yolları əhatə olunur. Kitab mənimsənilmiş nəzəri biliklərin tətbiqi ilə bağlı zəruri bacarıqların yaradılmasına da geniş imkan yaradır.
Dərs vəsaiti BDU-nun fəaliyyətdə olan tədris proqramı əsasında tərtib olunmuşdur. Burada Azərbaycan təhsilində Kurikulum İslahatı ilə əlqədar bütün məsələlər öz əksini tapmışdır. Kitabda müəllimləri və tələbələri məntiqi düşünməyə çəkən maraqlı tapşırıqlar, suallar və dərs nümunələri verilmişdir. Dərs vəsaiti ali və orta ixtisas məktəblərinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur. Kitab kütləvi oxucular üçün də faydalı ola bilər.
15 Mart 2016 Salı
Xonçalı Novruz gəlir.
Xonçalı
Novruz gəlir,
Xonçalı
Novruz gəlir.
Sürmə çəkin
qaşına,
Noğul səpin
başına.
Tonqalları
odlayın,
Tüfəngləri
addayın.
Xonçalı
Novruz gəlir,
Xonçalı
Novruz gəlir!
Novruz Şimal yarımkürəsində astronomik yazın
başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində)
keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə
bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi
bayram etmişlər.
Qədim zamanlardanbaşlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini
şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk
günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral
2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart
ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Novruz bayramının bütöv mifoloji
semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm
atributlarına, kulinar atributlarına qədər bu "mifoloji yol"un izləri
özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə
nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər
dörd çərşənbə geniş şəkildə qeyd edilir:
1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması
ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında
yaradılış prosesini dinamik olaraq işarələyir.
Novruzun tarixi köklərinə gəldikdə isə hər
şeydən öncə qeyd etməliyik ki,Novruz təqvimi ən qədim təqvimlərdən biri hesab
edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır.
Novruzla bağlı məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa
edilmiş "Yeni Avesta" təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər.
Elə buradaca qeyd edək ki, ən qədim "Avesta" haqqında verilən
məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim
edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim "Avesta"
təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə
hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir.
Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş
Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd
ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.
İslam dininin meydana
gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci
il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim
əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci
günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə
gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an
dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir
tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir
tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah
Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri
468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və
1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür. Cəlali adıyla
məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə
olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət
etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin
uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl
bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik
olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz
bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən,
Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman
səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk
adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.
1673-cü il mart ayının
21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız
taciri Jan Batist Şardən orada Novruzun necə keçirildiyini izləmiş, belə bir
nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir:
bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm "Sultan
Novruz", həm də "Təzə paltar bayramı" adlandırırlar. Şardənin
təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər
vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz
gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya
və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər:
nağaralar, şeypurlar, qərəneylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci
günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü
məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini , 6-cı günü öz valideynlərini,
sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir. Küsülülərin barışdığı,
hamının bir-birinə hədiyyə verdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər
də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında
yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin
şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl
suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş
yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki,
yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.
XIX əsrin
ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə
3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında
yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə
dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadır. Novruz bayramına görə, ruhani atalardan və
dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genetik yaddaş kodlarını
qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan AXC dövründə
Novruz rəsmiləşdirilir, lakin şura hökuməti tərəfindən ləğv edilir. Yenidən
illər keçir və nəhayət 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində
keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il qəflətən vəfat edir.
Ən nəhayət, Azərbaycan milli müstəqillik
dövrünə qədəm qoyur. Novruz yenidən dövlətin qərarı ilə rəsmiləşdirilir..
Novruz bayramında aşağıdakı
adətlər yerinə yetirilir:
1.
Papaq atmaq.
Qapıya atılan papağı boş qaytarmazlar.
2.
Qulaq falına
çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə
işarədir.
3.
Tonqaldan
tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda
yansın".
4.
Üzük falına
baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar.
Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
5.
Səməni
yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
6.
Yumurta
döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə
yetirir.
7.
Qonaq getmək.
Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı
apararlar.
8.
Şam
yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
9.
Küsülülərin
barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
10.
Yallı
getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası
insanların birliyidir.
11.
Xoruz
döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
12.
Novruz
oyunları oynamaq.
Noyruz bayramını uşaqlar da çox sevir.Onlar böyüklərlə
görüşə gedir,şənlənir, müxtəlif oyunlar oynayırlar.Onlardan biri haqıında
danışmaq istəyirəm.
Mozu-Mozu
Bu oyunda
üç nəfər iştirak edir.Uşaqların bir yumru, bir yastı daşı olur.
Onlar
bir-bir yastı daşla yumru daşı vururlar.Yumru daş vurulanda nə qədər gedərsə, o
məsafəni addımla ölçürlər.Şərt qoyulan məsafəyə kim qabağa daşı vurub apararsa,
o, oyunu udmuş olur.
Bayramda fala baxmaq ən
geniş yayılmış adətlərdən biridir. Bu məqamda vəsfi-hallardan danışmaq yerinə
düşər.Vəsfi-hallar fal nəğmələridir.Belə ki, bir qaba su tökərmişlər.Qız-gəlin
qızıl əşyalarından o suya atarmış.Qabın üstünü bir parça ilə örtüb vəsfi –hal
oxuyarmışlar, sonra qabdakı qızıl əşyalardan birini çıxararmışlar.Əşyanın
sahibi kim olurmuşsa, oxunan nəğmənin məzmununa uyğun onun bu ilki falı müəyyənləşdirilərmiş.Düşünürəm
ki, vəsfi-hal nümunələri hamı üçün maraqlı olar:
Oturmuşdum səkidə,
Ürəyim səksəkidə,
Üç qızıl alma gəldi,
Bir gümüş nəlbəkidə.
Gün qalxar öz vaxtına,
Gedər çıxar taxtına,
Niyyətin,yar, nə olsa,
Qismət olar baxtına.
Bir qız gördüm biçində
Sarı sünbül içində,
Burda bir toy olacaq,
Gələn ayın üçündə.
Əlində badya gəlin,
Durubdu çayda gəlin,
Tanrı mətləbin versin,
Bu gələn ayda gəlin.
Gülü tökdüm tabağa,
Qoydum qala sabaha.
Yar məni mehman eylər,
Qönçə düzər qabağa.
Qızıl üzük miyanı,
Durmaz barmağın qanı.
Bu gün-sabah gələcək
Məhləmizin sultanı.
Tonqallarınız gur yansın, əziz həmvətənlər!
Bu dərə uzun
dərə, haxışta
Getdikcə uzun
dərə haxışta.
Burda bir bağ
salmışam, haxışta
Dost gələ
üzüm dərə, haxışta.
8 Ekim 2014 Çarşamba
Səməd Behrəngi:"Balaca Qara Balıq"
31 Temmuz 2014 Perşembe
Bir avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu, yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı.Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.
Bir avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur, çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir, çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Mənbə:http://az.wikipedia.org/wiki/192326 Haziran 2014 Perşembe
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
6 Haziran 2014 Cuma
PLANLAŞDIRMA
Nə
öyrədilməli?(təlimin məzmunu)
Necə
öyrədilməli?(təlim metodları)
Hansı
şəraitdə?(təlim-tərbiyə prosesinin təşkili)
Necə
qiymətləndirmək olar ?
Bu suallara aşağıdakı sxemə əsasən, cavab tapmaq olar.
Nəticədə belə bir təlim modeli alınır.
*Z.Veysova: “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn
kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim”kursu üzrə təlimçilər üçün
vəsait.
25 Mayıs 2014 Pazar
İSİM BƏHSİNİN TƏDRİSİNDƏ
BLUM TAKSONOMİYASINDAN İSTİFADƏ
Müasir məktəb dəyişməkdə və inkişaf etməkdə olan cəmiyyətin
tələblərinə cavab verən vətəndaş yetişdirmək kimi məsuliyyətli bir vəzifənin
öhdəsindən gəlməli, şagirdlərin istər əqli, istər emosional, istərsə də fiziki
baxımdan bacarıqlı şəxsiyyət kimi formalaşmasına xidmət etməlidir.
Cəmiyyətin tələblərinə cavab verən şəxsiyyətin formalaşmasında müəllimin
rolu inkaredilməzdir. Bu baxımdan həmin şəxsiyyətin- şagirdin müxtəlif
bacarıqlara və biliklərə malik olması vacib şərtlərdən biridir. Şagirdlərin
şəxsiyyət olaraq müxtəlif istiqamətli bacarıqlarının ən bəsitdən ən mürəkkəb
səviyyəyə qədər inkişaf etməsi, biliklərinin ilbəil dərinləşməsi və bütün
bunların dəyərlərə çevrilərək həmin şəxsiyyətin formalaşmasına xidmət etməsi
üçün müəllim müvafiq təlim şəraiti yaratmalıdır.
Təlim prosesini səmərəli
təşkil etmək arzusu ilə müəllim şagirdlərin maraqlarından, təlim
ehtiyaclarından və fərdi bacarıqlarından çıxış edərək onları məktəbin
kitabxanasından, kompyuter otağından, idman zalından, musiqi alətlərindən, fənn
laboratoriyalarından, hətta valideynlərin qüvvəsindən istifadə etməyə yönəldir
və uğurlu nəticələr əldə edir. Bu baxımdan layihə planları ən uğurlu təlim
vasitələrindəndir.
Layihənin hazırlanması
müxtəlif mövzuların müstəqil şəkildə tətbiq edilməsidir. Şagirdlər öz
layihələrini təqdim etməzdən öncə uzun müddət onun üzərində işləyirlər. Layihələr
şagirdlərin elmi-tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə
bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Layihələr işlənərkən şagird
fəaliyyəti elə planlaşdırılmalıdır ki, beyin fəaliyyəti təlim prosesinin hər
bir pilləsində dəyişikliklərə yönəlsin. Bu zaman müəllim tərəfindən Blum taksonomiyası
əsas götürülür.
1956-cı ildə Çikaqo Universitetinin professoru Bencamen Blum “Tədris
məqsədi ilə Taksonomiya” adlı nəzəriyyəsini irəli sürdü.
Bu sistem beynəlxalq aləmdə
böyük hörmət qazanmışdır. “Taksonomiya” termini biologiyadan əxz edilmişdir. Obyektlərin
qarşılıqlı əlaqə əsasında təsnifatını və sistemləşdirilməsini bildirir. Təsvir
etməkdən ötrü ardıcıllıqla yerləşdirilmiş artan mürəkkəblik meyarlarından
istifadə edir. Şagird düşüncəsinin inkişafına kömək edə bilmənizə əmin olmaq
üçün layihə işlənərkən TƏHLİL, SİNTEZ, QİYMƏTLƏNDİRMƏ sütunlarına fikir verin.
Layihə üzərində öz işlərinin
icrasına iş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər,
lakin işlərinin icrasına görə şagirdlər özləri məsuliyyət daşıyırlar.
Tədqiqatın nəticələri hesabat, müzakirə, təsviri vasitələr (xəritə,
illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər) formasında ola bilər.
Sizə təqdim olunan layihədə kompyuter texnologiyasından istifadə olunmuşdur.
Layihə hazırlanarkən Power Point, Excel proqramlarından və İnternetin
imkanlarından istifadə olunmuşdur. Müəllim layihənin mövzusunu sinifdə elan
edəndə mövzu ilə əlaqədar bukletdən,
qəzetdən və müəllim təqdimatından istifadə edə bilər.
Şagird təqdimatının birinci slaydında müəllimin hazırladığı təməl
sualı əks olunur ki, o çox maraqlı və düşündürücü olmalıdır. Mövzu və məzmun
sualları ətrafında isə şagirdlər düşünür, işləyir, sonda isə təməl sualını
cavablandırmağa çalışırlar.
Layihə İsim bəhsi ilə əlaqədardır. Müəllimin məqsədi odur ki,
şagirdlər mücərrəd, konkret, ümumi və xüsusi isimlər haqqında bildiklərini bir
daha dərindən dərk etsinlər və onları tətbiq etməyi bacarsınlar. Müəllimin
təməl sualı budur: “Təsəvvürümüzdə
yaratdığımız əşyalara sahib olmağı bacarırıqmı?”
Şagirdlər bilirlər ki, isim əşya bildirən nitq hissəsidir. Deməli,
bizi əhatə edən bütün canlı və cansız varlıqlar hamısı qrammatikada əşya hesab
olunur.
Müəllimin mövzu və məzmun sualları da birbaşa isim bəhsi ilə
əlaqədardır. Onlar mücərrəd, konkret, ümumi və xüsusi isimlər haqqındadır.
Sonra isə sinif qruplara bölünür. Şagirdlər Power Point proqramında
bunu aşağıdakı slayd kimi hazırlayıblar:
Birinci qrup tariximizdə, təbiətdə, bədii ədəbiyyatda, elmdəki
əşyalar haqqında məlumat verir.
İkinci qrup isə “Köksümüzü qabardan əşyalar” başlığı altında fəxrimiz
olan əşyalar haqqında məlumat verir.
Üçüncü qrup isə müsahibə,
sonra isə sorğu aparır. Onların araşdırmalarının nəticəsi aşağıdakı slaydlarda göstərilmişdir:
Sonra isə qruplar gəldikləri qənaət haqqında məlumat verirlər.
Aydınlaşdırdıq: Mücərrəd, konkret, ümumi, xüsusi, isimlər hamısı bir
yerdə həyatımızın, varlığımızın ayrılmaz hissələridir. Onların əksəriyyətini
biz yaratmışıq, ancaq onlar da bizi yaradıb.
Müsahibə nəticəsində biz anladıq ki, böyüklər xəyallar qurur və
onları gerçəkləşdirməyi qarşılarına məqsəd qoyurlar. Bunun da nəticəsində
möcüzələr yaranır.
Anladıq: İsim qrammatikanın morfologiya şöbəsində birinci yerdə
dirmağa layiq olan bir nitq hissəsidir.
Layihə planının ən maraqlı və vacib mərhələlərindən biri də
“Tətbiq”dir. O, aşağıdakı slaydda əks olunub.
22 Mayıs 2014 Perşembe
Təlimi rus dilində olan məktəblərdə VI sinif üçün BSQ
Bir gün ilan arıya dedi:
- Bircə gününnən mənə görə keç.Gör hansı
canlının qanı şirindir?
Arı şən-şən güldü:
-Ay qonşu,
elə bildim, məni müşkül işə buyuracaqsan.Bundan asan nə var
ki!...
Söhbəti/ eşidə/n qaranqu/ş a/rının dalı/nca düşdü/. Arı bir qoca kişinin alnına yapışdı.Geriyə
doğru uçanda qaranquş bildi ki, arı
xəbərə qaçır. Onu dilə tutdu:
- O gün mən qarğaya dedim ki, mənim qonşum arının dilinin şirinliyinə şirinlik
çatmaz.Qarğa gəlməmiş dilini mənə göstər görüm düzmü demişəm, yalanım çıxmasın.
Arı dilini
çıxaran kimi qaranquş onun dilini dimdiyi ilə qoparıb qaçdı.
Bu işdən xəbər
tutan insanlar qaranquşu qorumaq üçün onun yuvasını öz evlərinə köçürdülər.
1.Mətndə qara
hərflərlə verilmiş sözlərin vurğusunu müəyyənləşdirin və yazın.
2.Altından xətt
çəkilmiş cümlələrin tələffüzündə fərq varmı? Əgər varsa, səbəbini izah etməyə
çalışın.
3.Mətnin
ideyasına uyğun atalar sözü, məsəl və ya bir bənd şeir yazın.
4.Mətnin Nəticə
hissəsi ilə əlaqədar fikirlərinizi yazın.
5.Mətnə əlavə
epizod artırın.
6.Mətnin
axırıncı cümləsinin sonunda nöqtə işarəsinin yerinə sual işarəsi qoyulsa idi, məzmunda
hansı dəyişiklik olardı? Fikirlərinizi əsaslandırın.
7.Venn diaqramını
doldurun.
8.Qaranquş
haqqında bildiklərinizi yazın.
9.İkinci
abzasın birinci cümləsindəki sözlərin vurğuları göstərilib.Hansı sözün vurğusu
səhv qoyulub?
10.Mətnə əlavə olaraq ilan haqqında məlumat yerləşdirmək
istəsə idiniz, onu hansı hissələrə tətbiq edərdiniz?
11.Elə təsəvvür
edin ki, sinif otağınıza arı girib.Onu qovmaq istəyərkən təsadüfən pəncərənin
şüşəsini qırmısınız.Bu hadisə ilə əlaqədar məktəb direktoruna izahat yazın.
12
1
.“Qaranquş yuvasını uçuranın üzü çillənər”.
2.
“Özü ilə ilan qabığı gəzdirəni ilan sancmaz”.
3."Gec
danışan uşağa alaqarğa əti yedirtsən, danışar”.
Verilmiş
sınamalardan hansı mətnimizlə səsləşər?
13.“....ağına da lənət,
qarasına da”. Sizcə, nöqtələrin yerinə hansı sözü yazmaq olar?
14.Qaranquş,
arı, ilan
Verilmiş
sözləri cümlədə elə işlədin ki, onlara müraciət olunsun. Sonra isə müraciət bildirən
sözlərin vurğularını müəyyənləşdirin.
15.Mətnin
birinci abzasına əsasən, cədvəli doldurun.
16.Mətnin
ikinci abzasında inkarda işlənmiş felləri
müəyyənləşdirin və yazın.
17.Mətndə fərqləndirilmiş
sözlərin hansı şəxsdə işləndiyini müəyyənləşdirin və yazın.
18.Mətnin ikinci abzasına əsasən, boş xanada hansı söz yazılmalıdır?
19.
Uyğunlaşdırın.
Indiki zaman buyuracaqsan
Keçmiş zaman qaçır
Gələcək zaman güldü
20.Mətnin birinci
abzasında səhv yazılmış sözü müəyyənləşdirin və düzgün formada yazın.
Kaydol:
Kayıtlar (Atom)












