Xonçalı Novruz gəlir.
Xonçalı
Novruz gəlir,
Xonçalı
Novruz gəlir.
Sürmə çəkin
qaşına,
Noğul səpin
başına.
Tonqalları
odlayın,
Tüfəngləri
addayın.
Xonçalı
Novruz gəlir,
Xonçalı
Novruz gəlir!
Novruz Şimal yarımkürəsində astronomik yazın
başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində)
keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə
bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi
bayram etmişlər.
Qədim zamanlardanbaşlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini
şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk
günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral
2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart
ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Novruz bayramının bütöv mifoloji
semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm
atributlarına, kulinar atributlarına qədər bu "mifoloji yol"un izləri
özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə
nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər
dörd çərşənbə geniş şəkildə qeyd edilir:
1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması
ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında
yaradılış prosesini dinamik olaraq işarələyir.
Novruzun tarixi köklərinə gəldikdə isə hər
şeydən öncə qeyd etməliyik ki,Novruz təqvimi ən qədim təqvimlərdən biri hesab
edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır.
Novruzla bağlı məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa
edilmiş "Yeni Avesta" təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər.
Elə buradaca qeyd edək ki, ən qədim "Avesta" haqqında verilən
məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim
edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim "Avesta"
təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə
hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir.
Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş
Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd
ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.
İslam dininin meydana
gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci
il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim
əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci
günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə
gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an
dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir
tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir
tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah
Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri
468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və
1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür. Cəlali adıyla
məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə
olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət
etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin
uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl
bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik
olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz
bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən,
Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman
səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk
adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.
1673-cü il mart ayının
21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız
taciri Jan Batist Şardən orada Novruzun necə keçirildiyini izləmiş, belə bir
nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir:
bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm "Sultan
Novruz", həm də "Təzə paltar bayramı" adlandırırlar. Şardənin
təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər
vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz
gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya
və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər:
nağaralar, şeypurlar, qərəneylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci
günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü
məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini , 6-cı günü öz valideynlərini,
sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir. Küsülülərin barışdığı,
hamının bir-birinə hədiyyə verdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər
də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında
yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin
şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl
suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş
yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki,
yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.
XIX əsrin
ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə
3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında
yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə
dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadır. Novruz bayramına görə, ruhani atalardan və
dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genetik yaddaş kodlarını
qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan AXC dövründə
Novruz rəsmiləşdirilir, lakin şura hökuməti tərəfindən ləğv edilir. Yenidən
illər keçir və nəhayət 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində
keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il qəflətən vəfat edir.
Ən nəhayət, Azərbaycan milli müstəqillik
dövrünə qədəm qoyur. Novruz yenidən dövlətin qərarı ilə rəsmiləşdirilir..
Novruz bayramında aşağıdakı
adətlər yerinə yetirilir:
1.
Papaq atmaq.
Qapıya atılan papağı boş qaytarmazlar.
2.
Qulaq falına
çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə
işarədir.
3.
Tonqaldan
tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda
yansın".
4.
Üzük falına
baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar.
Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
5.
Səməni
yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
6.
Yumurta
döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə
yetirir.
7.
Qonaq getmək.
Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı
apararlar.
8.
Şam
yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
9.
Küsülülərin
barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
10.
Yallı
getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası
insanların birliyidir.
11.
Xoruz
döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
12.
Novruz
oyunları oynamaq.
Noyruz bayramını uşaqlar da çox sevir.Onlar böyüklərlə
görüşə gedir,şənlənir, müxtəlif oyunlar oynayırlar.Onlardan biri haqıında
danışmaq istəyirəm.
Mozu-Mozu
Bu oyunda
üç nəfər iştirak edir.Uşaqların bir yumru, bir yastı daşı olur.
Onlar
bir-bir yastı daşla yumru daşı vururlar.Yumru daş vurulanda nə qədər gedərsə, o
məsafəni addımla ölçürlər.Şərt qoyulan məsafəyə kim qabağa daşı vurub apararsa,
o, oyunu udmuş olur.
Bayramda fala baxmaq ən
geniş yayılmış adətlərdən biridir. Bu məqamda vəsfi-hallardan danışmaq yerinə
düşər.Vəsfi-hallar fal nəğmələridir.Belə ki, bir qaba su tökərmişlər.Qız-gəlin
qızıl əşyalarından o suya atarmış.Qabın üstünü bir parça ilə örtüb vəsfi –hal
oxuyarmışlar, sonra qabdakı qızıl əşyalardan birini çıxararmışlar.Əşyanın
sahibi kim olurmuşsa, oxunan nəğmənin məzmununa uyğun onun bu ilki falı müəyyənləşdirilərmiş.Düşünürəm
ki, vəsfi-hal nümunələri hamı üçün maraqlı olar:
Oturmuşdum səkidə,
Ürəyim səksəkidə,
Üç qızıl alma gəldi,
Bir gümüş nəlbəkidə.
Gün qalxar öz vaxtına,
Gedər çıxar taxtına,
Niyyətin,yar, nə olsa,
Qismət olar baxtına.
Bir qız gördüm biçində
Sarı sünbül içində,
Burda bir toy olacaq,
Gələn ayın üçündə.
Əlində badya gəlin,
Durubdu çayda gəlin,
Tanrı mətləbin versin,
Bu gələn ayda gəlin.
Gülü tökdüm tabağa,
Qoydum qala sabaha.
Yar məni mehman eylər,
Qönçə düzər qabağa.
Qızıl üzük miyanı,
Durmaz barmağın qanı.
Bu gün-sabah gələcək
Məhləmizin sultanı.
Tonqallarınız gur yansın, əziz həmvətənlər!
Bu dərə uzun
dərə, haxışta
Getdikcə uzun
dərə haxışta.
Burda bir bağ
salmışam, haxışta
Dost gələ
üzüm dərə, haxışta.


Hiç yorum yok:
Yorum Gönder