Qlobal dünyanın tələbatına uyğun olaraq Azərbaycanda
hafizə məktəbinin təfəkkür məktəbinə çevrildiyi indiki şəraitdə yeni fənn
kurikulumlarının orijinallığının reallığa çevrilməsi vacib hesab edilir. Eyni
zamanda bu kurikulumların şəxsiyyətyönümlü təhsil tendensiyalarına uyğun sənəd
kimi araşdırılması, öyrənilməsi tələb olunur.Dərs vəsaitində bu tələbin ödənilməsinə
çalışılmışdır.Vəsait iki bölmədən ibarətdir. Kitabda təhsillə
bağlı dövlət siyasəti, Təhsil İslahatının başlıca istiqamətləri, Miili və Fənn
Kurikulumunun mahiyyəti, yeni təlim texnologiyalarının xüsusiyyətləri və tətbiqi
yolları əhatə olunur. Kitab mənimsənilmiş nəzəri biliklərin tətbiqi ilə bağlı zəruri
bacarıqların yaradılmasına da geniş imkan yaradır.
Dərs vəsaiti BDU-nun fəaliyyətdə olan tədris
proqramı əsasında tərtib olunmuşdur. Burada Azərbaycan təhsilində Kurikulum İslahatı
ilə əlqədar bütün məsələlər öz əksini tapmışdır. Kitabda müəllimləri və tələbələri
məntiqi düşünməyə çəkən maraqlı tapşırıqlar, suallar və dərs nümunələri
verilmişdir. Dərs vəsaiti ali və orta ixtisas məktəblərinin müəllimləri və tələbələri
üçün nəzərdə tutulmuşdur. Kitab kütləvi
oxucular üçün də faydalı ola bilər.
Hiç yorum yok:
Yorum Gönder