25 Mayıs 2014 Pazar

İSİM BƏHSİNİN TƏDRİSİNDƏ

BLUM TAKSONOMİYASINDAN İSTİFADƏ

Müasir məktəb dəyişməkdə və inkişaf etməkdə olan cəmiyyətin tələblərinə cavab verən vətəndaş yetişdirmək kimi məsuliyyətli bir vəzifənin öhdəsindən gəlməli, şagirdlərin istər əqli, istər emosional, istərsə də fiziki baxımdan bacarıqlı şəxsiyyət kimi formalaşmasına xidmət etməlidir.
Cəmiyyətin tələblərinə cavab verən şəxsiyyətin formalaşmasında müəllimin rolu inkaredilməzdir. Bu baxımdan həmin şəxsiyyətin- şagirdin müxtəlif bacarıqlara və biliklərə malik olması vacib şərtlərdən biridir. Şagirdlərin şəxsiyyət olaraq müxtəlif istiqamətli bacarıqlarının ən bəsitdən ən mürəkkəb səviyyəyə qədər inkişaf etməsi, biliklərinin ilbəil dərinləşməsi və bütün bunların dəyərlərə çevrilərək həmin şəxsiyyətin formalaşmasına xidmət etməsi üçün müəllim müvafiq təlim şəraiti yaratmalıdır.
   Təlim prosesini səmərəli təşkil etmək arzusu ilə müəllim şagirdlərin maraqlarından, təlim ehtiyaclarından və fərdi bacarıqlarından çıxış edərək onları məktəbin kitabxanasından, kompyuter otağından, idman zalından, musiqi alətlərindən, fənn laboratoriyalarından, hətta valideynlərin qüvvəsindən istifadə etməyə yönəldir və uğurlu nəticələr əldə edir. Bu baxımdan layihə planları ən uğurlu təlim vasitələrindəndir.
 Layihənin hazırlanması müxtəlif möv­zu­ların müstəqil şəkildə tətbiq edilməsidir. Şa­gird­lər öz layihələrini təqdim etməzdən öncə uzun müddət onun üzərində işləyirlər. Layi­hələr şagirdlərin elmi-tədqiqat vərdişlərinin, bilik­lərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Layi­hələr işlənərkən şagird fəaliyyəti elə plan­laşdırıl­malıdır ki, beyin fəaliyyəti təlim prose­sinin hər bir pilləsində dəyişikliklərə yönəlsin. Bu zaman müəllim tərəfindən Blum takso­no­mi­yası əsas götürülür.
1956-cı ildə Çikaqo Universitetinin professoru Bencamen Blum “Tədris məqsədi ilə Taksonomiya” adlı nəzəriyyəsini irəli sürdü.
  Bu sistem beynəlxalq aləmdə böyük hörmət qazanmışdır. “Taksonomiya” termini biologiyadan əxz edilmişdir. Obyektlərin qarşılıqlı əlaqə əsasında təsnifatını və sistemləşdirilməsini bildirir. Təsvir etməkdən ötrü ardıcıllıqla yerləşdirilmiş artan mürəkkəblik meyarlarından istifadə edir. Şagird düşüncəsinin inkişafına kömək edə bilmənizə əmin olmaq üçün layihə işlənərkən TƏHLİL, SİNTEZ, QİYMƏTLƏNDİRMƏ sütunlarına fikir verin.
  Layihə üzərində öz işlərinin icrasına iş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər, lakin  işlərinin icrasına  görə şagirdlər özləri məsuliyyət daşıyırlar.
Tədqiqatın nəticələri hesabat, müzakirə, təsviri vasitələr (xəritə, illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər) formasında ola bilər.
Sizə təqdim olunan layihədə kompyuter texnologiyasından istifadə olun­muşdur. Layihə hazırlanarkən Power Point, Excel proqramlarından və İnternetin imkanlarından istifadə olunmuşdur. Müəllim layihənin mövzusunu sinifdə elan edəndə  mövzu ilə əlaqədar bukletdən, qəzetdən və müəllim təqdimatından istifadə edə bilər.
Şagird təqdimatının birinci slaydında müəllimin hazırladığı təməl sualı əks olunur ki, o çox maraqlı və düşündürücü olmalıdır. Mövzu və məzmun sualları ətrafında isə şagirdlər düşünür, işləyir, sonda isə təməl sualını cavablandırmağa çalışırlar.
Layihə İsim bəhsi ilə əlaqədardır. Müəllimin məqsədi odur ki, şagirdlər mücərrəd, konkret, ümumi və xüsusi isimlər haqqında bildiklərini bir daha dərindən dərk etsinlər və onları tətbiq etməyi bacarsınlar. Müəllimin təməl sualı budur: “Təsəvvürümüzdə yaratdığımız əşyalara sahib olmağı bacarırıqmı?”
Şagirdlər bilirlər ki, isim əşya bildirən nitq hissəsidir. Deməli, bizi əhatə edən bütün canlı və cansız varlıqlar hamısı qrammatikada əşya hesab olunur.
Müəllimin mövzu və məzmun sualları da birbaşa isim bəhsi ilə əlaqədardır. Onlar mücərrəd, konkret, ümumi və xüsusi isimlər haqqındadır.
Sonra isə sinif qruplara bölünür. Şagirdlər Power Point proqramında bunu aşağıdakı slayd kimi hazırlayıblar:




Birinci qrup tariximizdə, təbiətdə, bədii ədəbiyyatda, elmdəki əşyalar haqqında məlumat verir.

İkinci qrup isə “Köksümüzü qabardan əşyalar” başlığı altında fəxrimiz olan əşyalar haqqında məlumat verir.
Üçüncü qrup isə müsahibə, sonra isə sorğu aparır. Onların araşdırmalarının nəticəsi aşağıdakı slaydlarda göstərilmişdir:






Sonra isə qruplar gəldikləri qənaət haqqında məlumat verirlər.
Aydınlaşdırdıq: Mücərrəd, konkret, ümumi, xüsusi, isimlər hamısı bir yerdə həyatımızın, varlığımızın ayrılmaz hissələridir. Onların əksəriyyətini biz yaratmışıq, ancaq onlar da bizi yaradıb.
Müsahibə nəticəsində biz anladıq ki, böyüklər xəyallar qurur və onları gerçəkləşdirməyi qarşılarına məqsəd qoyurlar. Bunun da nəticəsində möcüzələr yaranır.

Anladıq: İsim qrammatikanın morfologiya şöbəsində birinci yerdə dirmağa layiq olan bir nitq hissəsidir.
Layihə planının ən maraqlı və vacib mərhələlərindən biri də “Tətbiq”dir. O, aşağıdakı slaydda əks olunub.



Hiç yorum yok:

Yorum Gönder