Azərbaycan Respublikasinin təlimi digər dillərdə
olan ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni
V sinif
Gözlənilən təlim nəticələri:
Dinlədiyi
mətndəki əsas fikri müəyyənləşdirir.
Nitq
prosesində jest və mimikalardan istifadə edir.
Mətndəki
sözləri orfoepik qaydalara uyğun oxuyur.
Məzmun standartları: 1.1.2; 2.1.2; 3.1.3
Mövzu: H.Arifin “Azərbaycan” şeiri
İnteqrasiya: Azərbaycan ədəbiyyatı, Tarix, İnformatika, Musiqi
İş forması: bütün siniflə, kiçik qruplarla iş
İş üsulu: beyin həmləsi, karusel
Resurslar: dərslik, iş vərəqləri, kompyuter, proyektor
Şagirdərə R.Muradovanın ifasında M. Şəhriyarın
“Heydərbabaya salam”əsərinə yazılmış musiqi parçasının sədaları altında
yuxarıdakı fotoşəkillər göstərilir və soruşulur ki, bütün bunları birləşdirən nədir?
Gözlənilən
cavab:
- Azərbaycan,
Vətən sevgisi.
Sonra bir neçə yönəldici suallar verilir:
Azərbaycan
haqqına hansı şeirlər yazılıb?
Onlardan
hansı daha cox xoşunuza gəlir.
Cavablar
dinlənildikdən sonra tədqiqat sualı təqdim olunur:
H.Arifin “Azərbaycan”
şeirində müəllifin oxucuya çatdırmaq istədiyi
fikir nədən ibarətdir?”
Şagirdlərin iş vərəqləri:
I iş vərəqi
II İş vərəqi
Qeyd:
Birinci iş vərəqində H. Arifin “Azərbaycan” şeirinin birinci iki bəndi verilir.
III İş vərəqi
IV vərəqi
Məlumatın
müzakirəsi və təşkili
Bu mərhələdə
lüğətlə iş də çox faydalı olar.
Növbəti
iş vərəqlərinin müzakirəsi zamanı isə şagirdlərin fikirləri dinləndikcə Şəki,
Qarabağ və Bakı haqqında video fayllar göstərilə bilər.
Nəticə
və ümumiləşdirmə
Vətənimiz haqqında çoxlu şeirlər yazılıb.
Onlardan biri də H.Arifin Azərbaycan” şeiridir. Bu şeirdə şairin vətənə, onun
maddi və mənəvi sərvətlərinə məhəbbəti açıq-aydın hiss olunur. Şeirdə görkəmli
şairlərimizdən S.Vurğunun, Füzulinin, Ü.Hacıbəyovun, M.Şəhriyarın adı çəkilir.
Uca dağlarımız vəsf olunur. Yurdumuzun dilbər guşələridən olan Şəki və Şuşa məhəbbətlə
qeyd edilir. Sonuncu bənddə şairin Vətənimizin xoşbəxt gələcəyinə inam hissi
xüsusilə diqqət çəkir.
Bu şeiri oxuduqdan sonra Vətənə məhəbbətimiz daha
da artdı. Onun xoşbəxt gələcəyinə bir daha əmin olduq.








Hiç yorum yok:
Yorum Gönder