Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil
müəssisələrində keçiriləcək tədbirlər haqqında Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Müstəqil Azərbaycan
dövlətinin qurucusu, dahi siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının
ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün
respublikanın təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin
etmək məqsədilə
ƏMR EDİRƏM:
1.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil
Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).
2.
Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil,
ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət
planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə
yetirilməsini təmin etsinlər.
3. Bu əmrdə qeyd
olunan tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və
muxtar respublikanın aidiyyəti təhsil müəssisələri tərəfindən müstəqil yerinə
yetirilib yekunlaşdırılması məqsədəuyğun hesab edilsin.
4. İnformasiya şöbəsi
(Elnur Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc
olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və Nazirliyin internet saytında
yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına
nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
26 fevral 2014-cü il
№229www.edu.gov.az/view.php?lang=az..
Hiç yorum yok:
Yorum Gönder