Təlimi
rus dilində olan məktəblərdə M.C.Paşayevin“Pul tapmışam ” əsərinin tədrisi
Açar
sözlər: M.C.Paşayev ,Halal, Haram, Pul
Bildiyimiz kimi, təlim və tərbiyə müasir
şagirdi dövrünün həyatına hazırlamalıdır. Bu baxımdan müəllimlərimizin üzərinə
böyük məsuliyyət düşür. Onların əksəriyyəti kimi mən də istərdim ki, şagirdlərimiz
həm öz milli köklərinə bağlı olsunlar, həm də müasir dünyanı dərk etməyi,
zamanla ayaqlaşmağı bacarsınlar.Buna nail olmaq üçün maraqlı dərslər
hazırlamağa çalışıram. İndi o dərslərdən biri haqqında danışmaq istəyirəm. Dərs halal və haram
mövzusundadır.
Əvvəlcə qeyd edim ki, "Halal" və "haram" dini terminlərdir.
Qurani-Kərimdə belə buyurulmuşdur:"Özləri üçün nəyin halal
buyurulduğunu (qılındığını) səndən soruşurlar, de ki, bütün yaxşı və təmiz şeylər
sizə halal buyurulmuşdur." (Maidə surəsi,
ayə 14)
İndiki zamanda cəmiyyətin müxtəlif mənəvi aşınmalara
məruz qaldığı bir vaxtda bu mövzu mənim diqqətimi cəlb etdi. Deməyi lazım
bilirəm ki, mövzu valideynlərin və yuxarı sinif şagirdlərinin də böyük marağına
səbəb oldu.
Təlim nəticələri:
·
dinlədiyi
mətndə əsas fakt və hadisələri seçir;
·
fikirlərini
əlavə fakt və hadisələrlə əsaslandırır və mətnin hissələrinə müvafiq qruplaşdırır;
·
müxtəlif
əməli yazılar yazır.
Dərsin təlim nəticələri:
·
“Pul
tapmışam” mövzusu üzrə əsas fakt və hadisələri seçir;
·
Mövzu
ilə əlaqədar fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır;
·
Mövzuya
uyğun yazı forması seçir.
Standartlar:1.1.2; 2.1.3; 4.1.1
Mövzu: Mir Cəlal: “Pul tapmışam”
Texnikalar: Beyin həmləsi, Proqnozlaşdırma,
Karusel, Venn diaqramı
İş forması: Qruplarla
iş
İnteqrasiya: Tarix, Rus dili, İnformatika
Resurslar: Dərslik,
İş vərəqləri, www. youtube.com
Dərsin
Motivasiya mərhələsində “Bir parça çörək” filmindən bir kadr verildi və
uşaqlardan soruşuldu ki, baxdığınız bu videofayl sizdə hansı hissləri doğurdu?
Cavablar dinlənildikdən sonra Tədqiqat sualı təqdim edilir: “Sizcə, halalla
haramın fərqi nədir?”
Bildiyimiz
kimi, Tədqiqat sualı Motivasiyanın nəticəsi kimi meydana çıxmalıdır. Məhz bunun
üçün də mən Yönəldici sualları təqdim etmək istəyirəm:
-Özünüz nə isə itirmisinizmi? O vaxt hansı hissləri
keçirmisiniz?
- Bəs Siz necə bilirsiniz, bu ağlayan oğlanın
haqqını yemək olar?
-Sizcə, o, halal olar?
Tədqiqat işinə başlamazdan qabaq Proqnozlaşdırma
üsulundan istifadə etmişəm. Bunun üçün şagirdlərə təqdim olunan M.Paşayevin
“Pul tapmışam” mətnindən istifadə edilib. Tədqiqat işinin aparılması üçün isə aşağıdakı iş vərəqləri hazırlanıb:
Ikinci iş
vərəqi isə qədim pul vahidləri ilə bağlıdır. İş vərəqində bu suala cavab verilməli
idi: “Hansı qədim pul vahidlərini tanıyırsiniz?” Şagirdlərə elə sinifdəcə
internetin imkanlarından istifadə etməyə şərait yaradıldı. Bunun da nəticəsində
həm cavablar çox maraqlı və ətraflı oldu, həm də Tarix fənninə gözəl bir
inteqrasiya alındı.
Təqdirəlayiq
bir haldır ki, VI sinfin Azərbaycan dili dərsliyində mövzuların hər birindən sonra
mətnlə səsləşən və səsləşməyən atalar sözləri təqdim olunur ki, bunun da nəticəsində
şagirdlər bu folklor nümunələrini kor-koranə əzbərləmir, mənalarına diqqət
yetirirlər. Məhz üçüncü iş vərəqində də şagirdlərdən tanış olduqları əhvalatın
ideyasına uyğun atalar sözlərini seçmək və mətnə əlavə epizod artırmaq tələb
olunurdu. Gördüyümüz kimi, bu iş vərəqi müəyyən dərəcədə yaradıcılıq qabiliyyətinin
inkişafına yönəldilib. Bu, məktəblilərə xəyallar qurmağı, xoş sonluğa inanmağı,
ədalətli ,xeyirxah olmağı öyrədir.
Müşahidələr göstərir ki, məktəblilər açar
sözləri müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məhz bu səbəbdən mən düşünürəm
ki, müəllimlərimiz açar sözlərlə bağlı tapşırıqlara xüsusi diqqət yetirsələr, yaxşı olar.
Dördüncü
iş vərəqi açar sözlərin müəyyənləşdirilməsi ilə bağlı idi. Qeyd edim ki, belə tapşırıqlar şagirdlərin marağına səbəb
olur. Onlar həvəslə evdə açarlar hazırlayır və onları daim məktəbli çantal
arında saxlayırlar.
Dərsin Nəticə və Ümumiləşdirmə mərhəlsində
isə Venn diaqramından istifadə olundu.Bu üsulun şagirdlərin tənqidi təfəkkürününü
inkişafında rolu çox böyükdür. Dərsin
sonunda şagirdlər bu nəticəyə gəldilər: Halal
insanın alın təri bahasına qazandıqları-dır.Haram isə insanın haqqı
çatmadıqları-nı mənim-səməsidir. Onların
uyğun cəhətləri isə odur ki, hər ikisi insan cəmiyyətində mövcuddur.
Dərsin müxtəlif mərhələlərində formativ qiymətləndirmədən
istifadə olundu. Meyarlar cədvəli vasitəsilə qruplar qiymətləndirildi.
Hiç yorum yok:
Yorum Gönder